Bakıda avtomobil 2 qadını  vurdu, biri öldü
27 iyul 2022 11:54 (UTC +04:00)

Bakıda avtomobil 2 qadını vurdu, biri öldü

Bakıda avtomobil 2 piyadanı vurub. 

Lent.az məlumatına görə, hadisə Koroğlu metrosu yaxınlığında qeydə alınıb. 

“Kia Rio” markalı avtomobil yolu keçən 24 yaşlı Afət Dadaşova və 53 yaşlı Zemfira Hacıyevanı vurub. 

Nəticədə xəstəxanaya yerləşdirilən piyadalardan Zemfira Hacıyeva ölüb, digərinin vəziyyəti isə ağırdır. 

Faktla bağlı araşdırılma aparılır. 

# 2760
avatar

Sevinc Fərid

Oxşar yazılar