Bakıda 50 minlik  qızıl boyunbağı   oğurlayanlara hökm oxundu
13 aprel 2022 15:45 (UTC +04:00)

Bakıda 50 minlik qızıl boyunbağı oğurlayanlara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rəşad Novruzov və Hikmət Arzumanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Lent.az xəbər verir ki, hakim  Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov rayonu ərazisindəki mənzillərdən birinə daxil olaraq oradan çəkisi 99 qram, qiyməti 50 min manat olan qızıl boyunbağı oğurlayıblar.

Nərimanov rayon Polis İddarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən R. Novruzov və H. Arzumanov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2169
avatar

Oxşar yazılar