Bakıda 100 minlik QULDURLUQ:  maşında tutuldular
08 dekabr 2022 13:26 (UTC +04:00)

Bakıda 100 minlik QULDURLUQ: maşında tutuldular

Bakıda küilli miqdarda quldurluq edənlər ələ keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 7-də saat 5 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Volkswagen” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Yoxlama zamanı sürücünün Ağdam rayon sakini Orxan Musəvi olması və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olunduğundan ona avtomobilin müvəqqəti duracağa aparılması bildirilib. Bu zaman avtomobildə olan sərnişinlər - Cəbrayıl rayon sakini İlqar Xəlilov və Ağdam rayon sakini Həsən Əliyev özlərini şübhəli apardıqlarından polis əməkdaşları onları da portal vasitəsi ilə yoxlayıb. Yoxlama zamanı O.Müsəvinin və İ.Xəlilovun Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olmaları müəyyənləşib. Onlar saxlanılaraq Kürdəmir rayon Polis Şöbəsinə təhvil veriliblər.

Şöbədə onların üzərinə baxış zamanı İ.Xəlilovdan 6007 ABŞ dolları və 996 manat, O.Musəvidən 6200 manat pul, H.Əliyevdən isə narkotik vasitə aşkar olunaraq götürülüb.

Araşdırmalarla O.Müsəvi və İ.Xəlilovun noyabrın 21-də paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birində ev sahibindən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə almaları da üzə çıxıb.

# 1734
avatar

Oxşar yazılar

Türkiyədə DƏHŞƏT:  həbsxanada görüşünə gəlməyənləri küçədə GÜLLƏLƏDİ

Türkiyədə DƏHŞƏT: həbsxanada görüşünə gəlməyənləri küçədə GÜLLƏLƏDİ

4 fevral 2023 , 19:45
Azərbaycanda FACİƏ:  qardaş bacısını öldürdü

Azərbaycanda FACİƏ: qardaş bacısını öldürdü

4 fevral 2023 , 18:37
Abşeronda silahlı narkotacir saxlanıldı - VİDEO

Abşeronda silahlı narkotacir saxlanıldı - VİDEO

4 fevral 2023 , 14:37
Bakıda KÜTLƏVİ HƏBSLƏR:  49 nəfər... - VİDEO

Bakıda KÜTLƏVİ HƏBSLƏR: 49 nəfər... - VİDEO

4 fevral 2023 , 12:03
Bir günə axtarışda olan 89 nəfər saxlanıldı

Bir günə axtarışda olan 89 nəfər saxlanıldı

4 fevral 2023 , 11:09
Bakıda ustanın başını kəsib soyuducuya qoydular - Qandonduran qətlin TƏFƏRRÜATLARI

Bakıda ustanın başını kəsib soyuducuya qoydular - Qandonduran qətlin TƏFƏRRÜATLARI

3 fevral 2023 , 20:15
Gənc oğlanı öldürüb basdırdılar,  qardaşı da tutuldu FOTO

Gənc oğlanı öldürüb basdırdılar, qardaşı da tutuldu FOTO

3 fevral 2023 , 13:47
Dünənki qəzalarda 8 nəfər  ölüb

Dünənki qəzalarda 8 nəfər ölüb

3 fevral 2023 , 10:33