Ələ keçirilən narkotiklər
27 noyabr 2021 12:35 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

Bakı-Quba yolunda 1 kiloya yaxın narkotik gizlətdi - VİDEO

Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları rayon ərazisində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyat zamanı onlayn yolla sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyata keçirən Ramana qəsəbəsində yaşayan Məhəddin Fərəcov saxlanılıb. Onun üzərindən və Bakı-Quba yolunun 14-cü kilometrliyində gizlətdiyi ümumi çəkisi 945 qram olan heroin, 22 qram metamfetamin və 521 ədəd satışı qadağan edilən psixotrop tərkibli metadon həbi aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Məhəddin Fərəcov ölkə ərazisinə xaricdəki narkotacirlər tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək satmaq məqsədi ilə Bakı şəhərinə gətirib.

Qeyd olunan faktla bağlı və narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. 

Sosial şəbəkədə narkotik satan tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Mehman Nəbiyev

Oxşar yazılar