"Azərsu" ASC-nin binası
02 aprel 2021 12:23 (UTC +04:00)

"Azərsu" ASC-nin binası

"Azərsu"nun əməkdaşı iş yerində intihar etdi - RƏSMİ MÜNASİBƏT

“Azərsu”nun əməkdaşının intiharı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Lent.az-a açıqlamasında Səbail rayon Su Kanal İdarəsin əməkdaşının intihar etməsi faktı ilə bağlı həmin idarənin rəisi ilə əlaqə saxladığını bildirib: “Rəislə danışmışam. Hadisə dünən olub. Mərhum bir neçə ildir ki, Səbail rayon Su Kanal İdarəsində maşınist işləyirdi. Rəhbərliklə hansısa problemi olmayıb. Ailəli olub, 2 körpə uşağı var idi”. 

A.Cəbrayıllı intiharın səbəblərini bilədiyini deyib.

Qeyd edək ki, mediada yayılan məlumata görə, “Azərsu” ASC-nin Səbail rayon Sukanal İdarəsinin əməkdaşı 34 yaşlı Elxan Quliyev iş yerində intihar edib.

# 3111
avatar

Mehman Nəbiyev

Oxşar yazılar