“Rəşad Gəncinski”
19 noyabr 2021 11:38 (UTC +04:00)

“Rəşad Gəncinski”

Azərbaycanlı "qanuni oğru" bu cinayətlərdə İTTİHAM OLUNUR

Rusiya İstintaq Komitəsi “Rəşad Gəncinski” ləqəbli “qanuni oğru” Rəşad İsmayılovun işini məhkəməyə göndərib.

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə İstintaq Komitəsinin Moskva nümayəndəsi Yuliya İvanova bildirib.

Onun sözlərinə görə, “Rəşad Gəncinski” qətl və qanunsuz silah saxlamaqda ittiham olunur.

İvanova onun Moskvada bir sıra kriminal dairələrə nəzarət etdiyini bildirib.

İstintaq müəyyən edib ki, İsmayılov 2009-cu ilin mayında Moskvadakı kafelərin birində iki nəfəri güllələyərək öldürüb. Cinayətin motivi isə qisas olub.

Yaxın günlərdə Rəşad İsmayılovun məhkəməsi başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Mehman Nəbiyev

Oxşar yazılar