Azərbaycanlı borc aldığı kişini mismar çıxaranla  öldürdü
07 avqust 2024 11:06 (UTC +04:00)

Azərbaycanlı borc aldığı kişini mismar çıxaranla öldürdü

1

Rusiya Federasiyası İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə istintaq orqanları 36 yaşlı Azərbaycan Respublikası vətəndaşına qarşı cinayət işi üzrə istintaqı yekunlaşdırıb. Azərbaycanlı Cinayət Məcəlləsinin 105-ci (Muzdluluq məqsədi ilə adam öldürmə) maddəsilə nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2020-ci ildə təqsirləndirilən şəxs bir nəfərdən külli miqdarda borc alıb. Borcu qaytarmaq istəmədiyi üçün 2020-ci il dekabrın 24-də axşam saatlarında əvvəlcədən metal mismar çıxaran taparaq pulu qaytarmaq adı ilə həmin şəxslə görüş təyin edib. Zərərçəkmişi Ulyanovsk şəhərinin Zasviyajski rayonunda qaraj-tikinti kooperativlərindən birinin arxasındakı boş yerə apararaq, bədəninin müxtəlif nahiyələrinə, o cümlədən başına mismar dartıcı ilə çoxsaylı zərbələr vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaq Komitəsinin müstəntiqinin təqdimatı ilə təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Müstəntiq kifayət qədər sübut bazası toplayıb və buna görə də prokurorun təsdiq etdiyi ittiham aktı ilə cinayət işi mahiyyəti üzrə baxılması üçün Ulyanovsk vilayət məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4585

Oxşar yazılar