2020-ci ildə korrupsiya cinayətlərinin sayı azalıb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən xəbərə görə, 2020-ci ildə 2019-cu illə müqayisədə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin ümumi sayı 14,1 faiz azalıb. Lakin onlardan rüşvət alma və rüşvət vermə cinayətləri 1,6 dəfə artıb.