Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbirstanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər keçirib və atəş açan şəxs tərki-silah edilib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbirstanlığa gələrək orada 2 dəfə havaya, 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.
Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.