Azərbaycanda narkotacir saxlanıldı- FOTO
12 fevral 2021 10:22 (UTC +04:00)

Azərbaycanda narkotacir saxlanıldı- FOTO

Ağsuda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Navahı kənd sakini Ruslan Hüseynov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı həmin şəxsdən narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə R.Hüseynovun yaşadığı ünvana baxış keçirilib və oradan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

# 1680
avatar

Mehman Nəbiyev

Oxşar yazılar