Azərbaycanda narkotacir "Kalaşnikov"la tutuldu
14 iyun 2021 12:29 (UTC +04:00)

Azərbaycanda narkotacir "Kalaşnikov"la tutuldu

Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Hüseynovu saxlayıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana və 2 ədəd avtomat patronu aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində gizlətdiyi “AKM” markalı avtomat silahı, 28 ədəd avtomat patronu və 1 ədəd patron darağı da götürülüb.

# 1566
avatar

Mehman Nəbiyev

Oxşar yazılar