Azərbaycanda mikroavtobus aşdı, ölən var
31 yanvar 2021 18:11 (UTC +04:00)

Azərbaycanda mikroavtobus aşdı, ölən var

Ucarda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun  xəbərinə görə, ötən gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sərnişin qismində olan Daşkəsən rayon sakini, 1976-cı il təvəllüdlü Rizvan Bayram oğlu Əliyev aldığı xəsarətlərdən ölüb. Daha 2 nəfər isə yüngül xəsarət alıb.      

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat  Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3108
avatar

Oxşar yazılar