Həbs olunan avtoritet
25 avqust 2021 10:55 (UTC +04:00)

Həbs olunan avtoritet

Azərbaycanda kriminal avtoritet həbs olundu - FOTO

Azərbaycanda kriminal avtoritet həbs edilib. 

Qax rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə "Diska Nəriman" kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, N.Qurbanəliyev bir müddət əvvəl də Zaqatalada adam bıçaqlamaqda təqsirli bilinərək həbs edilmişdi. Sonradan N.Qurbanəliyevin qardaşı cinayəti öz üzərinə götürmüş və "Diska Nəriman" həbsdən azad edilmişdi. 

Qeyd edək ki, "Diska Nəriman" ləqəbli avtoritet N.Qurbanəliyev əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb. 

Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.

Həbs olunan avtoritet

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12477
avatar

Mehman Nəbiyev

Oxşar yazılar