Azərbaycanda kişi  qonaq getdiyi evdə   öldürüldü
04 iyun 2022 11:51 (UTC +04:00)

Azərbaycanda kişi qonaq getdiyi evdə öldürüldü

Qubada qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə iyunun 3-də saat 21 radələrində Çartəpə kəndində şəhər sakini, 59 yaşlı Eldar Hacıyevin öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla rayon sakini K.Baxışovun yaşadığı Çartəpə kəndindəki evində münaqişə zəminində E.Hacıyevi bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində K.Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

# 3831
avatar

Mehman Nəbiyev

Oxşar yazılar