Azərbaycanda  DƏHŞƏT:  50 yaşlı kişi arvadını baltalayıb...
23 aprel 2021 17:32 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: 50 yaşlı kişi arvadını baltalayıb...

2020-ci ildə Zaqatalada arvadını öldürən Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Bilal Məmmədovun icraatına verilib.

Xatırladaq ki, qətl hadisəsi ötən il oktyabrın 21-də günorta saatlarında rayonun Yengiyan kəndində baş verib.

Kənd sakini, 42 yaşlı Zalxa Qədim qızı İsmayılovanın üzərində zorakılıq əlamətləri olan meyiti ailəsinə məxsus fındıq bağında kənd sakinləri tərəfindən aşkar edilib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqan əməkdaşlarının apardığı ilkin araşdırma zamanı Z.İsmayılova əri 50 yaşlı Fazil Allahverdi oğlu İsmayılov tərəfindən qətlə yetirildiyi məlum olub. F.İsmayılov saxlanılıb. O, həyat yoldaşını balta ilə vurduğunu etiraf edib. F.İsmayılov həyat yoldaşını vurduqdan sonra hadisə yerini tərk edib.

Meyit müayinə edilmək üşün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3198
avatar

Mehman Nəbiyev

Oxşar yazılar