Azərbaycan cinayətkar qrupun liderini  Qazaxıstana təhvil verdi - YENİLƏNİB
11 aprel 2024 14:08 (UTC +04:00)

Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana təhvil verdi - YENİLƏNİB

Baş prokurorluq tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Qazaxıstan Respublikasının Baş Prokurorluğunun vəsatəti əsasında Azərbaycan Respublikasının ərazisində cəza çəkən həmin ölkənin vətəndaşı Qabitov Rinat Tursuntayeviçin 3 ay müddətinə Qazaxıstan Respublikasına verilməsi haqqında qərar qəbul olunub.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Qazaxıstan Respublikasının hüquq mühafizə orqanları tərəfindən istintaqı aparılan cinayət işi üzrə Rinat Qabitovun mütəşəkkil dəstənin yaradılması, təkrar törədilən iqtisadi qaçaqmalçılıq və gömrük ödənişlərinin ödənilməsindən boyun qaçırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Rinat Qabitov aprelin 10-da  Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Qazaxıstan Respublikasının səlahiyyətli orqanlarının əməkdaşlarına təhvil verilib.

***
Saat: 08:52

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası ölkənin Baş Prokurorluğununa istinadən məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb.

O, cinayətləri törətdikdən sonra istintaqdan yayınıb və beynəlxalq axtarışa verilib.

Hazırda şübhəli şəxs Aktau şəhərinin istintaq təcridxanasına yerləşdirilib.

# 4125
avatar

Oxşar yazılar