Axtarışa verilən 84 nəfər tutuldu - KRİMİNAL XRONİKA
27 may 2022 10:00 (UTC +04:00)

Axtarışa verilən 84 nəfər tutuldu - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 50 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

# 1968
avatar

Mehman Nəbiyev

Oxşar yazılar