Oğurluq anı
24 may 2022 13:25 (UTC +04:00)

Oğurluq anı

Avtobuslarda cibgirlik edən TUTULDU - VİDEO

Bakıda ictimai nəqliyyatda cibgirlik edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində marşrut avtobuslarında 4 vətəndaşın çantasından və cibindən pul, içərisində sənəd və bank kartları olan cüzdanları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Mehdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bakıda avtobuslarda cibgirlik edən tutuldu

# 2604
avatar

Mehman Nəbiyev

Oxşar yazılar