Rusiyanın Sankt-Peterburq şəhərində ata yeddi yaşlı oğlunu öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə mayın 29-da Peterqofskoe şossesində yerləşən binanın mənzilində baş verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın meyitini aşkar ediblər. Onun atası da evin yanında ölü halda tapılıb. İstintaqın məlumatına görə, kişi cinayəti törətdikdən sonra intihar edib.
İlkin məlumata görə, atası intihar etməyi əvvəldən düşünüb. Özü öləndən sonra uşaq evinə düşməmək üçün oğlunu da yastıqla boğub. Kişi düşünüb ki, oğlu kimsəsiz qalacaq.