Astarada qəssab iş yoldaşını bıçaqladı
04 mart 2025 10:22 (UTC +04:00)

Astarada qəssab iş yoldaşını bıçaqladı

Astarada bıçaqlanma hadisəsi baş verib.

Lent.az -ın APA-ya istinadla verdiyi məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakini 41 yaşlı Fərrux Axundov iş yoldaşı Elsevər Tağıyev tərəfinfən bıçaqlanıb.

Elsevər Tağıyev və Fərrux Axundovun eyni mağazada qəssab işlədikləri bildirilir. Məlumata görə, hadisə mübahisə zəminində baş verib.

F.Axundov Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub və əməliyyata götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar