Araz Musayevin bıçaqlanması ilə bağlı iki azərbaycanlı qaçarkən saxlanıldı - VİDEO  - YENİLƏNİB
28 may 2025 23:02 (UTC +04:00)

Araz Musayevin bıçaqlanması ilə bağlı iki azərbaycanlı qaçarkən saxlanıldı - VİDEO - YENİLƏNİB

Türkiyənin Antalya şəhərində iki qrup arasında yaranan münaqişə zamanı iki dəfə bıçaqlanan Muay Tay Federasiyasının prezidenti Araz Musayev əməliyyat olunacaq.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı qaçmağa çalışan 2 Azərbaycan vətəndaşı Antalya hava limanında saxlanılıb.

***

17:53

Furkanoğlu Dəmiryumruk Standı və Muay Tay Federasiyasının prezidenti, dünya çempionu Araz Musayevə qarşı sui-qəsd edilib.

Lent.az xəbər verir ki, idmançı Türkiyənin Antalya şəhərində bıçaqlanıb.

Məlumata görə, hazırda onun vəziyyəti ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4253

Oxşar yazılar