Albert Rıjıy ləqəbli Əli Heydərov
15 aprel 2021 12:14 (UTC +04:00)

Albert Rıjıy ləqəbli Əli Heydərov

"Albert Rıjı"nın qatili cinayətin səbəbini AÇIQLADI

Azərvaycanlı “qanuni oğru” "Albert Rıjıy"ı (Əli Heydərov) öldürdüyü iddia edilən Mətləb Sultanov cinayətin motivini açıqlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun sözlərinə görə, keçmişdə anasını təhqir etdiyinə görə criminal avtoritetdən intiqam alıb.

Mətləb Sultanovun bu ifadəsinə baxmayaraq, Albert Rıjıyın qətlini  “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Bakinskinin sifariş etdiyi iddia olunur.

Məlumatda qeyd edilir ki, kriminal avtoritetin bunun üçün iki motivi ola bilərdi. Birincisi, Bakinski hesab edir ki, qardaşının ölümünün sifarişçisi kimi Albert Rıjıy və Badri Kutaisilidir.

Bundan əlavə, həbsxanadan buraxılan Əli Heydərov Moskvadakı meyvə-tərəvəz bazarlarına nəzarətə iddialı olub. Bu isə Namiq Bakinskinin xoşuna gəlməyib..
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10236
avatar

Oxşar yazılar