Abşeronda 26 yaşlı oğlan 61 yaşlı kişini öldürdü
13 iyun 2025 09:40 (UTC +04:00)

Abşeronda 26 yaşlı oğlan 61 yaşlı kişini öldürdü

Abşeronda qətl hadisəsi olub.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, iyunun 6-da Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində 61 yaşlı Miribrahim Seyidovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 26 yaşlı Məhəmmədəli Muradovun bıçaqla xəsarətlər yetirərək Miribrahim Seyidovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məhəmmədəli Muradov iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar