6 il əvvəl Rusiyada qadını öldürən azərbaycanlıya cinayət işi açıldı
27 aprel 2021 11:58 (UTC +04:00)

6 il əvvəl Rusiyada qadını öldürən azərbaycanlıya cinayət işi açıldı

Azərbaycan vətəndaşı Rusiyada qətl törədib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, 2015-ci il oktyabrın 25-də Rusiyanın İstintaq Komitəsinin Tatarıstan İstintaq İdarəsinin Aznakayevski rayonlararası İstintaq Bölməsində Zaqirova Rasima Zakirovnanın ölümü faktı üzrə başlanıb. Məmmədov Əlövsət Novruz oğlunun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) təqsirləndirilməsinə dair cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.

2021-ci il aprelin 26-da Ucar rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Hazırda 1965-ci ilyanvarın 9-da Ucar rayonu Qardağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Azərbaycan vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1887
avatar

Mehman Nəbiyev

Oxşar yazılar