44 nəfərə qarşı 250 min manatdan çox dələduzluq edən  HAKİM QARŞISINDA
31 mart 2021 09:32 (UTC +04:00)

44 nəfərə qarşı 250 min manatdan çox dələduzluq edən HAKİM QARŞISINDA

Balakəndə 44 nəfərə qarşı 268 min manatlıq dələduzluq edən Fərhad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əfqan Hacıyevin icraatına verilib.

Xatırladaq ki, ötən ilin may ayında Balakənin Hənifə kəndinin bir qrup sakini hüquq-mühafizə orqanlarına müraciət edərək rayonun Talalar kənd sakini Fərhad Məmmədovun onları aldadaraq külli miqdarda pullarını mənimsədiyini bildiriblər. F.Məmmədov sakinlərə "Simental" cinsli iribuynuzlu heyvanları dövlət xətti ilə ucuz qiymətə verəcəyini vəd edib. Uzun müddət keçməsinə baxmayaraq F.Məmmədov vədinə əməl etməyib.

# 1197
avatar

Mehman Nəbiyev

Oxşar yazılar