40-dan çox  bıçaq yarası alıb sağ qaldı
18 noyabr 2023 15:24 (UTC +04:00)

40-dan çox bıçaq yarası alıb sağ qaldı

Amur vilayətində bıçaqlanma hadisəsi olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Petruşi kəndində baş verib. Məlumata görə, üç kişi spirtli içki qəbul edəndən sonra onların ikisi arasında münaqişə yaranıb və bu, davaya çevrilib.

Tərəflərdən biri digərinin bədəninin müxtəlif nahiyələrindən 40-dan çox bıçaq xəsarəti yetirib. Bundan sonra onu yolun kənarındakı tərk edilmiş binaya sürükləyib.

Hadisədən sonra üçüncü şəxs polisə müraciət edib. Dərhal hadisə yerinə gələn tibb işçiləri zərərçəkənə lazımi köməklik göstəriblər.

Cinayətkar saxlanılıb. Məhkəmənin hökmü ilə həmin şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4942

Oxşar yazılar