Rusiyanın paytaxtı Moskvada 15 yaşlı qız atasını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bartenevskaya küçəsində baş verib. 15 yaşlı Alisa atası 42 yaşlı Roman Z.-yə bir neçə bıçaq zərbəsi vurub və o, aldığı yaralardan yerindəcə keçinib.
İlkin versiyaya görə, kişi 20 yaşlı böyük qızı Maryana ilə mübahisə edib, münaqişə davaya çevrilib. Kiçik qız Alisa bıçaq götürərək bacısını müdafiə edərək atasını vurub.
Hadisə yerinə baxış keçirilir və cinayətin bütün şəraiti müəyyənləşdirilir.