SOCAR-ın prezidenti 7 mlrd. dollarlıq investisiya cəlbindən söz açdı
11 may 2016 13:34 (UTC +04:00)

SOCAR-ın prezidenti 7 mlrd. dollarlıq investisiya cəlbindən söz açdı

"Cənub Qaz Dəhlizi" QSC 7 mlrd. dollarlıq investisiya cəlb etmək niyyətindədir. "APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

 

 

"Biz bütün banklarla işləyirik. Bilirsiniz ki, "Cənub Qaz Dəhlizi" QSC 1 milyard dollar cəlb edib. Bu ilin sonuna qədər 1,5 milyard dolların cəlb olunması gözlənilir. Biz Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirik. Ümumiyyətlə, biz 7 milyard dollaradək ucuz və uzunmüddətli vəsait  cəlb etmək niyyətindəyik. İnanıram ki, proses normal şəkildə aparılacaq", - deyə R. Abdullayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar