Prezident yol qovşaqlarının tikintisi ilə tanış olub - <span style="color:red;">YENİLƏNİB
07 mart 2014 17:55 (UTC +04:00)

Prezident yol qovşaqlarının tikintisi ilə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində inşa olunan müxtəlif səviyyəli yol qovşağının yerləşdiyi ərazidə olub. Burada görülən işlər barədə də dövlət başçısına məlumat verilib. Bildirilib ki, yol qovşağının girişlərlə birlikdə uzunluğu 600 metrdir. 328 metr uzunluğunda olan körpü iki istiqamətdə altızolaqlıdır. Körpünün yaxınlığında piyadaların hərəkətini asanlaşdırmaq məqsədilə yerüstü keçid də inşa olunub.
Daha sonra prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində-Xutor dairəsində inşa olunan müxtəlif səviyyəli yol qovşağında tikinti işlərinin gedişi ilə tanış olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2915

Oxşar yazılar