Mərkəzi Bankdan “Bank of Baku” açıqlaması
05 mart 2014 15:51 (UTC +04:00)

Mərkəzi Bankdan “Bank of Baku” açıqlaması

Mərkəzi Bankın “Bank of Baku” ASC barəsində açıqlama yayıb. Bankdan Lent.az-a daxil olan açıqlamada deyilir:

 

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bank tərəfindən guya “Bank of Baku” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir.

Mərkəzi Bank bildirir ki, “Bank of Baku” ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, “Bank of Baku” ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyildir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2388

Oxşar yazılar