Kənd Təsərrüfatı Nazirliyində daha bir vəzifəli şəxs tutduğu vəzifədən azad edilib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazir Heydər Əsədovun əmri ilə Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi Mikayıl Zeynalov vəzifəsindən azad olunub.
Respublika Dövlət Toxum Müfəttişliyinin rəisi vəzifəsinin müvəqqəti olaraq icrası Müfəttişliyin rəis müavini Ədalət İsmayıl oğlu Yusifova həvalə edilib.