Bakıda sərnişindaşıma ilə məşğul olanların sayı 7 dəfə azaldılıb
01 mart 2014 13:41 (UTC +04:00)

Bakıda sərnişindaşıma ilə məşğul olanların sayı 7 dəfə azaldılıb

Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı kəskin azalıb. Lent.az-ın məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin 2013-cü ildə görülmüş işlərə həsr edilmiş hesabatında qeyd edilib. Bildirilir ki, Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar mövcud olan marşrut xətlərində dəyişikliklər edilərək daşıyıcıların sayı 210-dan 31-ə, marşrut xətlərinin sayı isə 310-dan 174-ə çatdırılmışdır və bu işlər davam etdirilir.

 

Avtobuslarda gediş haqqının ödənilməsində nağdsız ödəniş sisteminin tətbiq edilməsi məqsədi ilə 573 avtobusda xüsusi avadanlıq olan “validator” quraşdırılıb, əlavə olaraq validatorların quraşdırılması üçün 278 avtobusda kabelləşdirmə işləri aparılıb.  Hesabat dövründə 360 ədəd iri tutumlu avtobus alınıb, onlardan 261-i marşrut xətlərinə istismara buraxılıb. Marşrutlar üçün pasport nümunəsinin və sxemlərinin elektron xəritəsinin hazırlanması ilə bağlı müvafiq işlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 890

Oxşar yazılar