Bakıda “Röya adası” gerçək olur
03 mart 2014 18:16 (UTC +04:00)

Bakıda “Röya adası” gerçək olur

Süni göllər, yaşıl çəmənliklər, çoxlu villalar...

 

Bakı yaxınlığında qolf şəhərciyi salınır. Lent.az-ın məlumatına görə, Binə qəsəbəsi  ilə Mərdəkan qəsəbəsi arasındakı ərazidə yerləşəcək şəhərciyə “DREAM Iceland” (Röya adası) qolf mərkəzi adı verilib.

Ümumilikdə 240 hektar ərazini əhatə edən mərkəzdə Heydər Əliyev beynəlxalq hava limanından 8, Bakının mərkəzindən isə 30 kilometr məsafədə yerləşir. “Röya adası”nda çoxsaylı bağ evləri, kotteclər, sağlamlıq mərkəzləri və s. inşa edilir. Şəhərcikdə ümumilikdə 2 minə yaxın evin inşası planlaşdırılır.

Qolf şəhərciyində, qərbdə olduğu kimi, çoxlu xırda göllər yaradılır. Artıq bir neçə belə kiçik göl hazırlanıb və xeyli ərazidə yaşıl çəmənliklər salınıb.

 

240 hektarlıq şəhərcik ərazisinin bir hissəsini zeytun bağları və digər yaşıllıq sahəsi tutacaq. Layihənin ümumilikdə 20 faizinin biznes-ticarət istiqamətli olması planlaşdırılır.

 

Hazırda layihə ilə bağlı ərazidə iş davam etdirilir.


Qeyd edək ki, qolf mərkəzi kimi planlaşdırılan ərazinin yaxınlığında digər elit idman növü olan atçılıq mərkəzi-Binə Hippodromu yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8505

Oxşar yazılar