“PAŞA Holdinq”in işçisinə “TAİB Bank”da vəzifə verilib
“Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü, “PAŞA Sığorta” ASC-nin Təftiş komissiyasının sədri, “Paşa Holdinq” MMC-nin Audit departamentinin rəhbəri Afaq Mustafayeva Türkiyənin sərmayə bankı “TAIB YatırımBank A.Ş”də İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub. Lent.az-ın marja.az-a istinadən verdiyi məlumata görə, Afaq Ramiz qızı Mustafayeva Dövlət İqtisadiyyat Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə təhsil alıb. O, 2002 – 2011-ci illərdə beynəlxalq audit şirkəti PwC-nin Azərbaycan ofisində müxtəlif vəzifələrdə çalışıb. Afaq Mustafayeva, 2011-ci ildən bu yana “Pasha Holdinq” MMC-də audit departamentinin rəhbəri vəzifəsində işləyir.
Qeyd edək ki, “PAŞA Holdinq”ə daxil olan “PAŞA Bank” ASC keçən ildən “TAIB YatırımBank A.Ş”-də səhmdar olmaq üçün danışıqlar aparırdı. Danışıqların ötən ilin sonu başa çatması gözlənilirdi.