<b>Nazir:</b> “Neft hasilatını sabit saxlamaq istəyirik”
21 fevral 2014 15:56 (UTC +04:00)

Nazir: “Neft hasilatını sabit saxlamaq istəyirik”

Azərbaycanın 2014-cü il üçün enerji balansı artıq hazırlanıb.


 

«APA-Economics»in məlumatına görə, bunu bu gün Xəzər-Avropa Klubunun təşkil etdiyi görüşdə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.


Onun sözlərinə görə, Azərbaycanın neft sahəsində əsas məqsədi hasilatı stabil səviyyədə saxlamaqdır: «Düşünürəm ki, bu il üçün proqnoz stabil qalacaq və ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq».


Nazir bildirib ki, qaz hasilatında hələ ciddi sıçrayış yoxdur: «Lakin artıq böyük bir rəqəmə çatmışıq. Keçən il 29 mlrd. kubmetr qaz hasil olunub. Gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Çalışacağıq ki, yaxın 2-3 ildə bu rəqəmi stabil olaraq saxlayaq».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar