“Formula-1” mərhələlərindən biri Bakıda keçiriləcək
05 mart 2014 10:39 (UTC +04:00)

“Formula-1” mərhələlərindən biri Bakıda keçiriləcək

“Formula-1” yarışının mərhələlərindən biri Bakıda keçiriləcək.


 

Bunu nəzərdə tutan müqaviləni “Formula-1” dünya çempionatının rəhbəri Berni Ekklstoun imzalayıb. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya mətbuatı yazır.

 

Ekklstounun sözlərinə görə, Azərbaycandakı “Qran-Pri” 2015 ya da 2016-cı ildə keçiriləcək. “Biz Azərbaycana gedəcəyik. Orada yarışların 2015-ci ildə keçiriləcəyindən danışırlar. Ola bilsin ki, bu, tezdir. Lakin belə bir ehtimal var. Güman ki, Bakıda yarış 2016-cı ildə keçiriləcək”.

 

Bu il “Formula-1” yarışlarının mərhələsi oktyabrda, ilk dəfə Rusiyada – Soçidə keçiriləcək. Çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onların sayının 22-yə çatdırılacağı gözlənilir. Təqvimə Azərbaycanla yanaşı Tailand, CAR, Yunanıstan, Argentina və Meksika daxil edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039

Oxşar yazılar