“Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycanda 2,2 mlrd. barel neft hasil edilib
06 may 2013 13:09 (UTC +04:00)

“Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycanda 2,2 mlrd. barel neft hasil edilib

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan “Əsrin Müqaviləsi” çərçivəsində bu günədək təxminən 2,2 mlrd. barel neft hasil edilib.


 

APA-Economics”in xəbərinə görə, bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrell bəyan edib.

 

Q.Birrellin sözlərinə görə, Bakı-Tfilis-Ceyhan neft boru kəməri vasitəsilə bu günədək 1,7 mlrd. barel neft nəql edilib və bu neft Ceyhan limanından 2 140 tankerlə dünya bazarlarına aparılıb.

 

Eyni zamanda “Şahdəniz” layihəsinin fəaliyyəti ərzində bu günədək gündəlik hasilat 966 mln. standart kub fut qaz və 55 min barel kondensat təşkil edib.

 

# 1118
avatar

Oxşar yazılar