Krediti vaxtında ödəməyənlər həbs oluna bilər? - VİDEO
15 aprel 2022 10:09 (UTC +04:00)

Krediti vaxtında ödəməyənlər həbs oluna bilər? - VİDEO

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu kreditin ödənməsi ilə bağlıdır.

Banklardan kredit borcu götürənlər, mağazalar şəbəkələrindən kreditə məişət texnikaları alanlar az deyil. Bəziləri kredit ödənişi zamanı çətinliklərlə üzləşir və hətta gecikmələr aylarla davam edir.

Bəs görək, həmin gecikmələrə görə müştəri həbs oluna bilərmi?

Rubrikamızın sualını “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev cavablandırıb. O bildirib ki, kredit gecikmələrinə görə, bank və ya mağaza müştərini məhkəməyə verə bilər. Bu zaman əvvəlcə icra məmuru müştərinin barəsində inzibati məsuliyyətə cəlb olunmasını tələb edə bilər.

Daha ətraflı məlumat üçün təqdim edəcəyimiz videonu izləyin:

Krediti vaxtında ödəməyənlər həbs oluna bilər?

# 3420
avatar

Mehman Nəbiyev

Oxşar yazılar