Heydər Əliyev Beynəlxalq Aeroportunda işığın kəsilməsindən  YENİ XƏBƏR
11 avqust 2022 09:27 (UTC +04:00)

Heydər Əliyev Beynəlxalq Aeroportunda işığın kəsilməsindən YENİ XƏBƏR

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib. Hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir.

Hava limanından Lent.az-a verilən məlumata görə, hava limanında elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

Qeyd edək ki, enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.

# 3369
avatar

Oxşar yazılar