"İşinə məsuliyyətlə yanaşan, zəhmət çəkən hər bir nümunəvi işçinin əməyi qiymətləndirilir. Həmin şəxslər heç bir zaman diqqətdən kənar qalmır". Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Şəki şəhərində bir qrup Birlik əməkdaşı ilə görüşü zamanı bildirib. Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktor nəzarətçi-çilingərlərin işini yüksək qiymətləndirərək, onlara təşəkkür edib. Daha sonra Zaqatala Regional qaz istismarı İdarəsinin tabeliyində olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağdaş və Qəbələ xidmət sahələrinin ümumilikdə 28 əməkdaşı "Azəriqaz" İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb. Ruslan Əliyev görüşdə iştirak bütün əməkdaşlara gələcək işlərində uğurlar arzulayıb.


Oxşar yazılar

"Bakcell" abunəçiləri üçün onlayn qaydada eSIM almaq imkanı®
30 iyun 2022 , 17:09
"Azəriqaz" niyə borulara hava vurur? - SƏBƏB AÇIQLANDI
30 iyun 2022 , 13:46
“Azərlotereya” şəhid övladları üçün təqaüd ayırdı - FOTO
30 iyun 2022 , 10:53
Azərbaycanın bu kəndlərində və Bakının bəzi rayonlarında su olmayacaq
30 iyun 2022 , 09:315 ayda “asan kommunal” və “asan xidmət” mərkəzlərində vətəndaşlara 180195 xidmət göstərilib
30 iyun 2022 , 09:18
Rusiyanın 330 milyardlıq aktivləri DONDURULDU
29 iyun 2022 , 19:15
Bazarlarda meyvə niyə bahadır? - RƏSMİ CAVAB
29 iyun 2022 , 16:03