"Azəriqaz"da ilin yekun HESABATI OLACAQ
29 dekabr 2022 14:23 (UTC +04:00)

"Azəriqaz"da ilin yekun HESABATI OLACAQ

“Azəriqaz” İstehsalat Birliyində media və QHT nümayəndələrinə ilin yekunlarına dair hesabat açıqlanacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, qurumun inzibati binasında növbəti “Açıq qapı” aksiyası dekabrın 30-u saat 11:00-da başlayacaq.

Media nümayəndələrinə ilin yekunlarına dair hesabat açıqlanacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1580

Oxşar yazılar