İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavinin müavini Şahin Mustafayev bu ölkənin neft naziri Cavad Oci ilə görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, C.Oci görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan nümayəndə heyəti ilə çox konstruktiv görüş keçirilib.
İran və Azərbaycanda çox böyük neft və qaz yataqlarının olduğunu deyən C. Oci iki ölkə arasında əməkdaşlıq üçün geniş potensial mövcud olduğunu vurğulayıb: "Bugünkü iclasda qonşu ölkələrdən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsi (Swop) haqqında, eləcə də Naxçıvan Muxtar Respublikasına qaz mübadiləsi haqqında razılıq əldə olundu".
Xəzər dənizindəki neft və qaz yataqlarından danışan C.Oci qeyd edib ki, bu sahə ilə bağlı da Azərbaycan nümayəndə heyəti ilə ilkin danışıqlar aparılıb, ekspertlər müzakirələri davam etdirir: "Ümid edirəm ki, yaxın həftələrdə neft, qaz və Xəzərdə neft - qaz yataqlarının işlənməsi ilə bağlı yaxşı razılıq əldə olunacaq".
Ş. Mustafayev isə deyib ki, Azərbaycan və İran dost və qonşu ölkələrdir, iki ölkənin xalqları arasında tarixi bağlar mövcuddur: "İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusi ilə enerji sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Görüşdə enerji sahəsində iki ölkənin əməkdaşlıq perspektivi müzakirə olundu. Enerji sahəsində bir sıra yeni layihələr haqqında danışıq apardıq. İnanıram ki, yaxın gələcəkdə müzakirələrimiz yeni sənədlərin imzalanması ilə nəticələnəcək".
Azərbaycan ekspertlər qrupunun İranda olduğunu nəzərə çatdıran Ş.Mustafayev qeyd edib ki, ekspertlər qrupu danışıqlar aparır.
Azərbaycan Baş nazirinin müavinin müavini Şahin Mustafayev, İranın neft naziri Cavad Oci ilə görüş
Azərbaycan və İran arasında -YENİ RAZILAŞMA
Oxşar yazılar
Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08