“Açıq mikrofon” aksiyası İmişlidə -FOTO
12 sentyabr 2022 17:26 (UTC +04:00)

“Açıq mikrofon” aksiyası İmişlidə -FOTO

0

Ənənəyə çevrilən və abonentlərin müsbət qarşıladığı “Açıq mikrofon” aksiyası həftənin ilk iş günündə İmişli sakinlərinin ixtiyarına verilib.

Lent.az xəbər verir ki, “Səyyar qəbul otağı"na ümumilikdə 10 müraciət daxil olub. Bunlardan 4-ü Yalavac kəndinin bəzi küçələrinə yeni qaz xətlərinin çəkilməsi ilə bağlı olub. 

Aksiyaya qatılan Şahin Süleymanovla Süleyman Əliyev fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini istəyiblər. 

“Açıq mikrofon”da səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq aidiyyəti üzrə tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1397

Oxşar yazılar