“Neftçilər” prospekti tamamilə bağlandı
28 iyul 2012 11:15 (UTC +04:00)

“Neftçilər” prospekti tamamilə bağlandı

Bu gün Bakının ən böyük və mərkəzi prospektlərindən olan “Neftçilər” prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Lent.az-ın məlumatına görə, “Azneft” meydanı istiqamətindən prospektə giriş tamamilə qadağan edilib. Nəqliyyat vasitələri metronun “İçərişəhər” stansiyası istiqamətindəki yollara istiqamətləndirilir. Prospekt vasitəsi ilə “Azneft” meydanı istiqamətinə gediş-gəliş isə qismən məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Lent.az-a bildirib ki, əvvəlcədən sürücülərə prospektdə hərəkətin məhdudlaşdırılacağı ilə bağlı müraciət edilsə də, əksər sürücülər buna əhəmiyyət verməyib: “Biz öncədən elan vermişdik. Çox təəssüf olsun ki, bəzi sürücülər bunu nəzərə almırlar. Bir daha xahiş edirik ki, sürücülər alternativ yollardan istifadə etsinlər”.

Qeyd edək ki, son günlər “Neftçilər” prospektində aparılan əsaslı təmir işləri ilə əlaqədar yolun hərəkət zolaqları daralıb. Bu səbəbdən də iş günlərinin əksər vaxtlarında prospektdə tıxac müşahidə olunur. Həmçinin yolun ətrafının qazılması, ətrafdakı toz-torpaq, texnika insanlarda narahatlıq yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923

Oxşar yazılar