Şirzad Abdullayev: “6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur”
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini iyulun 27-də Qax rayonunun İlisu kəndində keçirib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Qax və ətraf rayonlarda fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1429 investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 6 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda istehsal və emal sahələrində fəaliyyət göstərən 48 sahibkarlıq subyektinə 853 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 90-dək yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edək ki, “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirləri gələcəkdə də davam etdiriləcək.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49