Sumqayıtda bakteriyalı limonad istehsal edildiyi aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 176 A ünvanında Mirağa Mehdiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı düşes limonadlarının reseptura olmadan istehsal edildiyi, həmin məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, habelə istehsal edilən məhsulların laborator müayinədən keçirilmədən satıldığı aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Laborator müayinələr nəticəsində müəssisədə istehsal olunan düşes limonadlarının tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koli-indeksin) normadan çox olduğu aşkar edilib. İstehlaka yararsız 166 litr düşes limonadlarının qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Mirağa Mehdiyevə icrası məcburi göstəriş verilib. Artıq həmin mallar Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49