Biləsuvarın inkişafına 5.2 milyon manat ayrıldı
23 iyul 2012 18:47 (UTC +04:00)

Biləsuvarın inkişafına 5.2 milyon manat ayrıldı

Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən on yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,2 milyon manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
# 605

Oxşar yazılar