Bakıya yeni qaz xətti çəkilməyə başladı
ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi Səbail rayonu ərazisində “Dalğa Plaza”nın yaxınlığından Neftçilər prospektindən keçməklə Yusif Səfərov küçəsinə qədər ərazidə yeni 315 mm-lik polietilen qaz kəmərinin çəkilişinə başlayıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin ərazidəki mövcud orta təzyiqli 530 mm-lik yeraltı qaz xəttinin uzun müddət istismar edilməsi, bəzi hissələrinin korroziyaya uğraması ilə əlaqədar olaraq istehlakçıların təbii qazla təhlükəsiz və fasiləsiz təminatında problemlər meydana çıxır.
Bu səbəbdən də həmin xəttin 3700 metrlik hissəsinin əsaslı təmir edilməsi, 315 mm-lik orta təzyiqli yeraltı qaz xəttinin çəkilməsi nəzərdə tutulub. Yeni çəkiləcək xətdən şəhəri fasiləsiz təbii qazla təmin etmək üçün 5 hissədən (İçərişəhər, Musiqili komediya teatrı, eləcə də Səməd Vurğun, Rəşid Behbudov və Azadlıq küçələri) 200 mm-lik yeraltı polietilen qaz xətləri vasitəsilə qollar verilməsi planlaşdırılır. Görülən işlər nəticəsində şəhərin mərkəz hissəsində əhali və digər kateqoriyalara aid istehlakçılara normativ təzyiqlə, keyfiyyətli və fasiləsiz təbii qaz verilməsi mümkün olacaq.
Neftçilər prospektində yol hərəkətinin intensivliyi səbəbindən uzun müddət mövcud yeraltı qaz kəmərində təmir və tikinti işlərinin aparılması mümkün olmayıb. Hazırda prospektin təmirə dayanmasından istifadə edilərək, əsaslı təmir-bərpa işləri aparılır. “Azəriqaz” İstehsalat Birliyi əhalinin nəzərinə çatdırır ki, işlər aparılan müddətdə alternativ mənbələrdən istifadə olunacaq və qaz təchizatında fasilələr yaranmayacaq.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49