Dünyanın ən varlı adamı Hüsnü Mübarək imiş
15 fevral 2011 13:39 (UTC +04:00)

Dünyanın ən varlı adamı Hüsnü Mübarək imiş

APA-ECONOMICS”in Almaniyanın “N24” telekanalına istinadən xəbərinə görə, bu göstərici ilə Hüsnü Mübarək 54 mlrd. dollar sərvəti olan “Microsoft”un banisi, dünyanın ən zəngin adamı Bill Geytsdən daha varlıdır.


Qeyd edək ki, 80 mln. əhalisi olan Misirin vətəndaşları günə 2 dollara yaşayırlar, Hüsnü Mübarəkin rəsmi maaşı isə 808 dollar olub. Məhz hakimiyyətin yuxarı eşelonlarındakı korrupsiya Misir xalqının küçələrə çıxması və 18 günlük fasiləsiz kütləvi aksiyalardan sonra bu il fevralın 11-də Mübarəkin 30 illik diktatura rejiminə son qoyması ilə nəticələnib.


H.Mübarəkin devrilməsindən sonra onun fəaliyyətini araşdırmağa başlayan anti-korrupsiya komissiyasının ilkin versiyasına görə, keçmiş diktator bu qədər sərvəti 1990-cı illərdə dövlət müəssisələrinin özəlləşdirilməsi sayəsində əldə edib. “Bu özəlləşdirmə Misir tarixində fironların vaxtından üzü bəri ən böyük korrupsiya fırıldağı idi” - deyə yerli biznes nəşrlərindən biri qeyd edir.


Bütün bunları nəzərə alan İsveçrə hökumətinin qərarı ilə H.Mübarəkin və onun ailə üzvlərinin bu ölkənin banklarındakı hesabları dondurulub. Anti-korrupsiya komissiyası digər ölkələrə müraciət edərək, onları İsveçrədən nümunə götürməyə çağırmağı planlaşdırır. Bununla belə, yüksək səviyyəli konspirasiya səbəbindən sabiq diktatorun bütün hesablarına həbs qoyulacağı inandırıcı görünmür.


Bu arada Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bəyan edib ki, Avropa İttifaqının maliyyə nazirlərinin Brüsseldə keçiriləcək H.Mübarək rejiminin yüksək rütbəli məmurlarının bank hesablarına həbs qoyulması məsələsini müzakirə ediləcək. Onun sözlərinə görə, hazırda Misirə rəhbərlik edən Hərbi Şura Birləşmiş Krallığa və digər Avropa ölkələrinə müvafiq xahişlə müraciət edib: “Əgər səlahiyyətlərdən sui-istifadə və dövlət vəsaitlərinin qanunsuz istifadəsi faktı aşkarlanarsa, o zaman Böyük Britaniya bu hesablara həbs qoyacaq”.


Misirin Hərbi Şurası analoji müraciətləri ABŞ və Fransa hökumətlərinə də təqdim edib. Fransa XİN-in mətbuat katibi Bernar Volero bildirib ki, Qahirədən Parisə bank hesablarına həbs qoyulması tələb olunan şəxslərin siyahısı göndərilib: “Amma bu siyahıda nə Misirin keçmiş prezidentinin, nə də onun ailə üzvlərinin adları var”.
# 1504

Oxşar yazılar