Sumqayıt və Rustavi şəhərləri dostlaşır
Azərbaycan və Gürcüstanın ən iri sənaye şəhərləri arasında əməkdaşlıq əlaqələri möhkəmlənir
Sumqayıt Şəhər İcra Hakimiyyətinin bir qrup nümayəndəsi Gürcüstandan səfərdən qayıdıb. Rustavi şəhərinin meri Mamuka Çikovaninin dəvəti ilə Gürcüstanın bu qədim şəhərində 2 günlük səfərdə olan sumqayıtlılıar burada yerli icra hakimiyyətinin nümayəndələri ilə görüşüblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, nümayəndə heyəti Rustavi şəhər meri Mamuka Çikovani, Kvemo-Kartli regionunun qubernatoru Davit Kirkitadze və digər rəsmi şəxslərlə birgə Rustavinin Şəhər günü münasibətilə təşkil olunmuş bayram tədbirində iştirak ediblər. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Akif Quluyev Rustavi və Sumqayıt şəhərlərinin sakinləri arasında çoxillik tərəfdaşlıq və dostluq əlaqələrinin mövcud olduğunu bildirib. Rəsmi ziyafətdə tərəflər arasında hədiyyə mübadiləsi aparılıb. Tədbirlərdə həmçinin Türkiyənin İnegöl, Ukraynanın İvano-Frankovsk, Polşanın Lodz şəhərlərindən nümayəndə heyətləri iştirak edib.
Səfər çərçivəsində rəsmi şəxslərlə keçirilən görüşlərdə şəhərlər arasında əməkdaşlıq əlaqələrinin perspektiv inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.
Xatırladaq ki, Sumqayıt və Rustavi şəhərləri yarım əsrlik tərəfdaşlıq əlaqələrinə malikdirlər. İkinci dünya müharibəsindən sonra yaradılan bu şəhərlərdə əsasən ağır sənaye müəssisələri, iri metallurgiya və kimya zavodları yerləşir. 2007-ci ildə Rustavi şəhərinin mərkəzi olduğu Kvemo-Kartli regionunun nümayəndə heyətinin Azərbaycana səfəri zamanı şəhərlər arasında qardaşlıq əlaqələrin bərpasına dair saziş imzalanıb, ikitərəfli əlaqələrin inkişafında yeni mərhələ başlayıb.
Elxan SALAHOV

Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29